
2018-05-04 13:40:00
Valideyn və müəllimlər uşaqları necə məhv edir? – Psixoloqdan həyəcan təbili
“Valideynlər özləri övladlarının şəxsiyyətini alçaldır, sonra da deyirlər ki, uşağımın tərbiyəsini pozdular”.
Bu sözləri döyülən şagirdlə bağlı AzEdu.az-a danışan psixoloq Fərqanə Mehmanqızı deyib. Onun sözlərinə görə, insan şəxsiyyəti 8 yaşınadək formalaşır:
“Bu yaşdakı uşaqlarla müəllim və valideynlərin münasibəti onların xarekterini formalaşdırır. Düzgün olmayan davranışlar uşaqlarda travmalara və şəxsiyyət pozulmalarına səbəb ola bilər. Bu da təbii olaraq, sağlam cəmiyyətin formalaşmasında problemlər yaradacaq. Bir neçə ildən sonra deyəcəyik ki, cəmiyyət psixoloji problemlərlə doludur. Bir insanı ətrafı ilə olan münasibətləri qoruyur. Ətraf da özündən başqa hər kəsdir. Ətrafın bizə olan münasibəti özümüzə olan qiyməti müəyyən edir. Şəxsiyyətin formalaşmasında əsas faktoru isə ana oynayır. Ana güvən, güc, cəsarət deməkdir. O, övladına ya psixoloji, ya fiziki təcavüz edirsə, bu, artıq şəxsiyyətin alçaldılmasıdır. Qız və ya oğlan olmasından asılı olmayaraq, şəxsiyyəti alçalan şəxs özünə hörmət etmir. Hər halda, uşağı döyəndə “mənim balam” deyib döymürlər. Uşaq dərk etməsə də, onun beynində bəzi ifadələrin təməli qoyulur: “mən pisəm”, “sən busan”. Təmələ diqqət yetirin: “sən busan”. El arasında bir söz var ki, mərdi qova-qova namərd edərlər. Bir insana nə qədər sən pissən desən, o adam bunu qəbul edəcək. Həmin fərd 17 yaşından özünü cəmiyyətdə daha aqresiv göstərməyə başlayacaq. Bu yaşa çatanda da valideyn deyir ki, əvvəl gül kimi uşaq olub. Xeyr, əvvəl gül kimi olmayıb. Sadəcə yaşının passiv dövrünü yaşayırdı”.
Psixoloq qeyd edib ki, müəllimin şagirdi döyməsi də hər şeydən əvvəl şəxsiyyətin təhqir olunmasıdır:
“Uşaq müəllim tərəfindən də təhqir olunursa, vay o şagirdin halına. “Mən bilirəm, sən bunu bacaracaqsan”, “bu məsələni birlikdə həll edək”, “mən bilirəm ki, sən ağıllı qızsan” demək lazımdır ki, şagirdin beyninə təlqin olunsun. Onun güvəndiyi insan ona güvənirsə, uşaqda da özgüvən formalaşır. Beləcə cəmiyyətə faydalı insan yetişir. Bu gün deyirik ki, intiharlar çoxalıb. İntiharın səbəbləri elə bunlardır. Əgər mən özümə nifrət edirəmsə, başqası mənə necə hörmət edə bilər? Başqasının yanında necə hörmət qazana bilərəm?! İnsanın şəxsiyyətində də tək qida sevgidir. Bütün bunlar mənəvi aclığa gətirib çıxarır ki, bunun da sonu intihardır”.
Qeyd edək ki, Bakının mərkəzində yerləşən 189-190 saylı orta məktəbdə sinif rəhbəri I sinif şagirdini döyüb. Müəllimlərin Etik Davranış Qaydaları”nın tələblərinə uyğun olmayan davranışa yol verdiyinə görə, 189-190 nömrəli məktəbin ibtidai sinif müəllimi Səyyarə Əliyeva ilə bağlanmış əmək müqaviləsi 2 may 2018-ci il tarixdən ləğv edilib. Müəllimlə yanaşı, ananın özü qızını məktəbdə müəllimənin yanında və dəhlizdə döydüyü də məlum olub. Bu an isə təhsil ocağının kameralarına yansıyıb.
Bu bölməyə aid digər xəbərlər
İtkin düşən 4 yeniyetmə tapıldı - YENİLƏNİB
2023-03-20 22:15:00
Vətən müharibəsi qazisi direktor təyin olunub
2023-03-20 10:19:06
Məktəbdə insident - Direktor müavini xəsarət aldı
2023-03-17 17:09:16
Məktəblərdə psixoloji xidmətin monitorinqi aparılır
2023-03-15 09:47:09
Bu məktəbdə kimya, fizika, biologiya, musiqi müəllimi yoxdur - PROBLEM
2023-03-14 12:40:00
FHN orta məktəbdə təlim keçirib - FOTO
2023-03-13 16:31:00
Məktəblərdə ağacəkmə kampaniyası davam edir
2023-03-13 15:27:00
Sinif müəllimi əməliyyatdan sonra vəfat etdi
2023-03-13 09:32:06
Məktəblərdə fövqəladə hallar zamanı necə davranmalı?...
2023-03-11 15:59:00
Azərbaycanda repetitor yanından qayıdan məktəbli qız QAÇIRILDI
2023-03-10 13:27:10
kitabı
ÇOX OXUNANLAR
13 Mart 2023, 10:24
DİM 11-cilər üçün təkrar buraxılış imtahanı KEÇİRƏCƏK

14 Mart 2023, 14:40
Bu universitetdə III kurs tələbəsi dekan müavini TƏYİN OLUNDU

12 Mart 2023, 10:15
Nazirlikdən maaşları artan müəllimlərə çağırış: bunu nəzərə alın!

15 Mart 2023, 12:38
Sertifikasiya ilə bağlı nə dəyişib? - Müəllimləri narahat edən suallara CAVAB - RƏSMİ

13 Mart 2023, 12:00
Dünənki imtahanın sualları çətin olub - Təhsil EKSPERTLƏRİ

17 Mart 2023, 14:18
Sertifikasiyaya hazırlaşanların nəzərinə - İmtahanda bu əsərlər düşəcək - SİYAHI

17 Mart 2023, 17:12
İmtahana qumbaranı kim gətirib? - Təhsil ekspertindən AÇIQLAMA

13 Mart 2023, 13:19
Ali məktəblərdə dövlət imtahanı ləğv olunub

FACEBOOK