Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-02 17:07:09
Məktəblilər arasında keçirilən futbol turnirinin qalibi məlum oldu - FOTO

 

Məktəblilərdən ibarət komandalar arasında təşkil edilən mini futbol turnirinin final mərhələsi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEDU.az-a bildiriblər ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan yarış 61 nömrəli tam orta məktəbdə təşkil olunub.

Futbol turnirində 12, 57, 61, 63, 117, 194, 272 nömrəli tam orta məktəblərin və 72 nömrəli məktəb-liseyin komandaları iştirak edib.

Yarışın final mərhələsində 61 və 63 nömrəli tam orta məktəblərin komandaları görüşüb. Nəticələrə əsasən, 63 nömrəli tam orta məktəbin komandası birinci yerə layiq görülüb.

Yarışın keçirilməsinin məqsədi məktəblilərin futbol idman növünə marağını artırmaq, onların sağlam böyüməsini və asudə vaxtlarının səmərəli keçirməsini təmin etməkdir.

Qalib komanda kubokla mükafatlandırılıb. Həmçinin 61 və 63 nömrəli tam orta məktəblərin komandalarının üzvlərinə medal və sertifikatlar təqdim edilib.