İlk peşə-ixtisas təhsilinin məzmunu “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş ümumi tələbləri ödəməklə yanaşı, təhsilalanın seçdiyi ixtisas üzrə aşağıdakı qabiliyyətləri özündə əks etdirən ümumi səriştələrlə təmin etməlidir.
Təhsil 1,2,3, illik və 6 aylıq kurslarda təşkil olunur.
AzEdu.az bu yazıda, “Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsilinin dövlət standartları” adlı sənədə istinadən, təhsil qrupları haqda məlumat verir.
Ümumi orta və ondan yuxarı təhsil səviyyəsini bitirən, müəyyən peşə üzrə 1 il və daha çox iş stajı olub, bacarıqlar qazanan şəxslər üçün həmin və ona uyğun peşələr üzrə təhsil müddəti 6 aydır.
Bu kursları bitirənlər dövlət tərəfindən təsdiq edilən formada ilk peşə-ixtisas təhsili haqqında dövlət sənədi – diplom ala bilərlər.
İlk peşə-ixtisas təhsili müəssisələrində ümumi orta təhsil bazasında tam orta təhsil almamaqla kadrların hazırlanması üçün ixtisasın mürəkkəbliyindən asılı olaraq təhsil müddəti 1, yaxud 2 ildir.
Bu kursları bitirənlər dövlət tərəfindən təsdiq edilmiş formada ilk peşə-ixtisas təhsili haqqında dövlət sənədi – diplom ala bilərlər.
İlk peşə-ixtisas təhsili müəssisələrində tam orta təhsilini başa vurmayan şəxslər üçün təhsil müddəti 3 ildir. Bu zaman onlara peşə təhsili ilə yanaşı, ümumi orta təhsil də verilir.
3 illik kursları bitirənlər ilk peşə-ixtisas təhsili haqqında dövlət sənədi – diplom və tam orta təhsil haqqında dövlət sənədi – attestat ala bilərlər.
Rəna NƏBİ