Azedu.az

Bakı məktəblisi beynəlxalq festivalda birinci olub

Orta təhsil

30 Aprel 2018, 13:52
Bakı məktəblisi beynəlxalq festivalda birinci olub

Paytaxt məktəblisi Bakıda keçirilən beynəlxalq incəsənət festivalında birinci yerə layiq görülüb.

AzEDU.az xəbər verir ki, 7 nömrəli tam orta məktəbin III sinif şagirdi Uğur Məmmədli rəqs ifası üzrə kubok, I dərəcəli diplom və medalla təltif olunub.

U.Məmmədli bu qələbəsi sayəsində iyun ayında İtaliyada beynəlxalq festivalda iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, paytaxtda təşkil olunan "Testene-Art" adlı beynəlxalq festivala 300-ə yaxın yerli və xarici iştirakçı qatılıb.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox