
2018-ci il aprelin 22-də keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən və müxtəlif ali təhsil müəssisələrini bitirən şəxslərin nəticələri haqqında növbəti statistik məlumatlar təqdim olunub.
Dövlət İmtahan Mərkəzindən AzEDu.az-a verilən məlumata görə, qeydiyyatdan keçən 1672 namizəddən 1490 nəfər DİM-in (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 658 (44.2%) nəfər imtahandan uğurla keçib.
Aşağıdakı cədvəldə bu şəxslərin TQDK-nın keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilib. Verilənlərə əsasən, imtahandan uğurla keçənlərin faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.
Bal intervalı | Qeydiyyatdan | Test imtahanından | Faizlə |
0-100 | 7 | 0 | 12.5 |
101-200 | 60 | 15 | 25.0 |
201-300 | 296 | 99 | 33.4 |
301-400 | 446 | 184 | 41.3 |
401-500 | 382 | 201 | 52.6 |
501-600 | 233 | 121 | 51.9 |
601-700 | 66 | 38 | 57.6 |
Yekun: | 1490 | 658 | 44.2 |
Qeyd edək ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olub. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 1672 namizəddən 182 nəfər ali təhsil müəssisələrinə TQDK-nın əmri ilə qəbul olmayıb. Onlardan yalnız 18 nəfər (9.9%) imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 13 nəfər xaricdə yerləşən təhsil müəssisələrini, 5 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.
kitabı







