Azedu.az

Yeni yaradılan Peşə Təhsil Mərkəzinə bu ixtisaslar üzrə qəbul aparılacaq - SİYAHI

Peşə təhsili-faydalı məlumat və xəbərlər

9 İyul 2019, 13:51
Yeni yaradılan Peşə Təhsil Mərkəzinə bu ixtisaslar üzrə qəbul aparılacaq - SİYAHI

Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ili üzrə 8 ixtisas üzrə tələbə qəbulu elan edir.

AzEdu.az həmin ixtisasları təqdim edir:

- Torna və frezer dəzgahların operatoru;
- Avtomobil diaqnostikası və təmiri ustası;
- Sənayedə quraşdırma işləri üzrə usta;
- Elektronika ustası;
- Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru;
- İnşaat ustası;
- Veb dizayner və proqram təminatçısı;
- Avtomatika üzrə usta.

Qeyd edək ki, mərkəz 8 texniki ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq imkanı verir.Müsabiqədə iştirak etmək istəyən şəxslər  9-25 iyul tarixlərində Elektron qəbul sistemi (//bsiic.edu.az/) vasitəsi ilə qeydiyyatdan keçə bilərlər.

Rəna NƏBİ

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox