Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-05 14:37:17
İyulun ikinci yarısında keçiriləcək imtahanlar - Təqvim  

Dövlət İmtahan Mərkəzi  2019-cu ildə keçiriləcək imtahanların  dəqiq tarixlərini elan edib.

AzEdu.az çoxsaylı sualları nəzərə alaraq DİM-in rəsmi saytına istinadən iyulun ikinci yarısında keçiriləcək imtahan və tədbirlərin təqvimini təqdim edir:

Rezidenturaya ixtisas seçimi – 16 iyul;

Kolleclərin ümumi (9 illik) orta təhsil bazasında xüsusi qabiliyyət tələb edən ixtisaslarına qabiliyyət imtahanı – 18 iyul – 22 iyul;

Kolleclərin ümumi (9 illik) orta təhsil bazasında xüsusi qabiliyyət tələb edən ixtisaslarına qabiliyyət imtahanı - 19-23 iyul;

İnzibati vəzifələr üzrə müsabiqənin test imtahanı (A növü) – 21 iyul;

Jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı – 22 -25 iyul;

Boş qalan yerlərə ixtisas seçimi – 23-30 iyul;

Kolleclərə ümumi (9 illik) orta ixtisas bazasında ixtisas seçimi – 24 iyul – 5 avqust;

Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi (V qrup (müvafiq komissiya üzrə qabiliyyət imtahanı başa çatdıqdan sonra)) – 24 iyul – 6 avqust;

Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi (I-IV qrup) – 24 iyul -6 avqust;

Azərbaycan İlahiyyat İnstitunun İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı – 27 iyul – 2 avqust;

Rezidenturaya qəbul olan namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı – 29 iyul – 2 avqust.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları