Azedu.az

Minskdə peşə təhsili ilə bağlı görüş

Peşə təhsili-faydalı məlumat və xəbərlər

22 İyun 2019, 15:09
Minskdə peşə təhsili ilə bağlı görüş

Belarus Respublikasının paytaxtı Minskdə “Texnoloji dəyişikliklər şəraitində peşə təhsili” mövzusunda seminar keçirilib.

Bir sıra ölkələrin təhsil nazirlikləri nümayəndələrinin iştirak etdikləri seminarda ölkəmizi Azərbaycan Respublikası Təhsil nazirinin müavini İdris İsayev və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov təmsil ediblər.

Təhsil Nazirliyindən  bildirilib ki, Minsk görüşü peşə təhsili sisteminin inkişafı üçün təcrübə mübadiləsi aparmaq məsədilə keçirilib. Seminarda gənclərlə yanaşı, əmək qabiliyyəti məhdud şəxslərin və yaşlıların təhsil imkanları, bu sahədə uğurlu təcrübənin bölüşdürülməsi əsas müzakirə mövzusu olub.

Seminar çərçivəsində Peşə Təhsili İnstitutuna, Belarus İnformatika və Radioelektronika Universitetinə və Minsk Dövlət Avtomexanika Kollecinə tanışlıq səfəri təşkil edilib.

Tədbirdə iştirak edən digər ölkələrin nümayəndələri ilə peşə təhsili sahəsində potensial əməkdaşlıq istiqamətləri haqqında fikir mübadiləsi aparılıb. (Azərtac)

 

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox