Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-21 14:25:00
Buraxılış və qəbul imtahanlarına 48 nəfər telefonla daxil olmağa cəhd edib -RƏSMİ

“Buraxılış və qəbul imtahanlarına ümumilikdə 48 nəfər telefonla daxil olmağa cəhd edib”

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İmtahanların təşkili və idarəedilməsi sektorunun müdiri Məhəmməd Məmmədov abituriyentlər üçün təşkil olunan canlı yayımda deyib.

O, bildirib ki, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq imtahan iştirakçıları qayda pozuntusuna yol verirlər:

“Buraxılış və qəbul imtahanlarına ümumilikdə 48 nəfər telefonla daxil olmağa cəhd edib .Həmin abituriyentlər binadan uzaqlaşdırılıb və nəticələri ləğv olunub. Yay qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə imtahan qaydalarına tam riayət etməyi tövsiyə edirik”.

Xatırladaq ki, iyunun 23-də I və IV ixtisas qrupları üzrə yay qəbul imtahanları keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları