Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-25 13:24:39
Akademik Akif Əlizadəyə ADNSU-nun fəxri professoru adı verilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadəyə ADNSU-nun fəxri professoru diplomu təqdim olunub.

AzEdu.az  xəbər verir ki, təqdimat mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı akademik A.Əlizadənin həyat və fəaliyyətindən, elmin inkişafındakı müstəsna xidmətlərindən danışıb.

Təhsil naziri Ceyhun Bayramov akademik A.Əlizadənin elmə verdiyi töhfələrdən bəhs edib.

Akademik A.Əlizadə müasir dünyada elmin, təhsilin mühüm rolunu vurğulayıb, ölkəmizdə bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən, layihələrdən söz açıb.

Sonra AMEA-nın prezidentinə ADNSU-nun fəxri professoru diplomu təqdim olunub.