Azedu.az

İlin sonuna kimi Bakıda yeni peşə təhsili mərkəzi istifadəyə veriləcək - Nazir müavini

Peşə təhsili-faydalı məlumat və xəbərlər

13 İyun 2019, 12:39
İlin sonuna kimi Bakıda yeni peşə təhsili mərkəzi istifadəyə veriləcək - Nazir müavini

Bu ilin sonunadək Bakının Binəqədi rayonunda yeni peşə təhsili mərkəzi istifadəyə veriləcək.

AzEdu.az-ın məlumatına görə, bunu Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxış edən Azərbaycanın Təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, istifadəyə veriləcək yeni təhsil müəssisəsində Koreyanın qabaqcıl modelindən istifadə olunur.

 

"Bu layihənin icrasına dair Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə kredit sazişi imzalanıb. 1 000 nəfərdən artıq tələbə potensialı olan peşə mərkəzinin öz kampusu, yataqxanası, tədris korpusları, avadanlıqları olacaq. Burada Koreya təhsil proqramları və standartları ilə təhsilin keçirilməsini nəzərdə tutur", - deyə nazir müavini qeyd edib.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox