Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-07 14:12:53
Magistraturaya qəbul imtahanının proqram seçimi başa çatır – Son saatlar  

Magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçimi başa çatır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, bu dəqiqələrə olan göstəricilərə əsasən, ümumilikdə 8.155 nəfər ərizəsini təsdiqləyib.

Azərbaycan bölməsi üzrə 7.474, rus bölməsi üzrə isə 681 nəfər ərizəsini təsdiq edib.

Qeyd edək ki, bakalavrlar günün sonunadək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bu il fevralın 24-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmaları üçün proqram seçimində iştirak etməlidirlər. Bunun üçün bakalavrlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib bu gün saat 23:59-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər mayın 26-da keçiriləcək imtahanın ikinci mərhələsinə buraxılmayacaqlar.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları