“Dərsdənkənar məşğələlərin əhəmiyyəti, şagirdlərin praktiki fənlərə daha yaxşı yiyələnməsindən ibarətdir”
Peşə ixtisas müəssisələrində nəzəri və praktiki fənlərlə yanaşı, dərsdənkənar məşğələlər də tədris olunur.
Fakültətiv, fərdi və qrup formalarında təşkil olunan bu cür məşğələlərin mahiyyətivə yararlılıq əmsalı necədir?
Onların tədrisi təhsil qurumunda hansı müsbət dəyişimlərə səbəb ola bilər?
Tovuz Peşə Liseyinin baş ustası Qasımova Tamaşa AzEdu.az-a açıqlamasındabu cür məşğələlərin yalnız praktik bilik vermək məqsədi daşıdığını bildirib:
“Dərsdənkənar məşğələlərin əhəmiyyəti, şagirdlərin praktiki fənlərə daha yaxşı yiyələnməsindən ibarətdir. Nəzəri dərslərdə öyrəndikləri biliklər bu məşğələlərdə praktiki formada keçirilir. Bizim liseydə məşğələlər yalnız fakültətiv formada tədris edilir.
Dərsdənkənar məşğələlər praktiki fənlər üçün nəzərdə tutulan təcrübə bazasında keçirilir. Onu da qeyd edim ki, bu məşğələlər üçün xüsusi qiymətləndirmə aparılmır, yalnız praktiki bilik vermək məqsədi daşıyır. Onlar praktiki fənlərə əlavə kimi təşkil olunur”.
Rəna Nəbi