Azedu.az

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin konsepsiyası təqdim edildi

Peşə təhsili-faydalı məlumat və xəbərlər

16 Aprel 2019, 09:12
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin konsepsiyası təqdim edildi

 

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov "Saipem Contracting Netherlands” şirkətinin Azərbaycan filialının 2010-2020-ci illər üzrə Millilləşdirmə planının həyata keçirilməsinə həsr olunmuş tədbirdə yeni qurulan peşə mərkəzinin konsepsiyasını təqdim edib. 

AzEdu.az xəbər verir ki, tədbirdə qeyd olunub ki, ən yüksək beynəlxalq standartlara uyğun olaraq qurulan müasir mərkəzin 2019-cu ilin sentyabr ayında işə başlaması nəzərdə tutulub. İllik 480 tələbəni qəbul etmək imkanı olan mərkəz, mexanika və elektronika mühəndisliyi, avtomatlaşdırma, İKT və sənaye quraşdırma sahələri üzrə peşə təhsili və sertifikatlaşdırma kursları həyata keçirəcəkdir. Koreya Respublikası ilə hökumətlərarası razılaşmaya əsasən, mərkəzdə tədris aparacaq mütəxəssislər həmin ölkədə uzunmüddətli təlimlərdən keçirilib.

Təqdimat zamanı "Saipem Contracting Netherlands" şirkətinin Azərbaycan filialı neft və qaz sahəsində həyata keçirdiyi layihələr çərçivəsində yerli texniki resursların inkişaf etdirilməsi məqsədi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq edəcəyini açıqlayıb.

 

 

 

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox