Azedu.az

“Ali təhsillilər seçdikləri ixtisasa birbaşa qəbul olacaqlar” – Peşə liseyinin direktoru  

Peşə təhsili-faydalı məlumat və xəbərlər

8 Aprel 2019, 17:22
“Ali təhsillilər seçdikləri ixtisasa birbaşa qəbul olacaqlar” – Peşə liseyinin direktoru  

“Peşə məktəblərinə hər kəs müraciət edə bilər.  Bunun üçün attestat və şəxsiyyət vəsiqəsi ilə “Asan xidmət” mərkəzlərinə müraciət etmək kifayətdir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Nail Bayramov bildirib.  Onun sözlərinə görə, qəbul prosesi attestat balları nəzərə alınaraq keçirilir:

“İstər ali, istərsə də orta təhsili olan hər kəs peşə məktəblərinə müraciət edə bilər.  Sənəd qəbulu “Asan xidmət” vasitəsilə həyata keçirilir. Bunun üçün attestat və şəxsiyyət vəsiqəsi ilə “Asan xidmət” mərkəzlərinə müraciət etmək kifayətdir. Qəbul zamanı buraxılış, və ya şəhadətnamə imtahanında toplanan ballar nəzərə alınır.

Yeni təhsil qaydalarına görə ali təhsili olanlarbəzi şərtlərdən azad edilib. Belə ki, onlar seçdikləri ixtisasa birbaşa qəbul olacaqlar. Bu zaman heç bir attestat qiyməti nəzərə alınmayacaq”.

Rəna NƏBİ

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox