https://www.zirve.edu.az/
21.03.2019 15:39
Küveytdə təhsil almağın üstünlükləri- Aylıq 1200 dollar təqaüd 
Çap et

Dünya ölkələrində olduğu kimi Azərbaycanda da bir çox gəncin arzusu xaricdə təhsil almaqdır. Bu, həm gənclərin dünyagörüşünün artması, həm də elm və təhsilin inkişafı baxımından ciddi əhəmiyyət kəsb edir.

AzEdu.az bu dəfə Küveytdə təhsil almaq istəyənlər üçün zəruri məlumatları təqdim edir:

Küveytin təhsil müəssisələri statusuna görə dövlət, özəl və keyfiyyət yönümlü təhsil müəssisələrinə bölünür. Ölkədə məktəblərin əksəriyyəti dövlət tədris müəssisələridir. Bu məktəblərdə təhsil ərəb dilində aparılır.

Məktəbəqədər tədris 4 yaşdan 6yaşa qədər davam edir. Sonra isə ibtidai təhsil başlayır. Küveytdə məktəbəqədər təhsil 1, ibtidai 5, əsas 4, orta təhsil isə 3 il davam edir. Ölkə vətəndaşlarının ibtidai və əsas təhsil alması icbari hesab olunur.

Küveytdə minə yaxın ali məktəb fəaliyyət göstərir və onların hər birində təhsil ödənişsizdir. Bu ölkədə subay tələbələr 700 dollar təqaüd alsa da, ailəlilər üçün bu göstərici 1200 dollar təşkil edir.

Ölkə vətəndaşlarının əksəriyyəti  öz uşaqlarını  dövlət məktəblərinə göndərmirlər. Dövlət məktəblərində qızlar və oğlanlar ayrı oxusalar da, onlar eyni təhsil hüququna malikdirlər. Özəl məktəblərdə bu qayda yoxdur. Məktəblərdə şagirdlər ikinci sinifdən ingilis dilini öyrənməyə başlayırlar.

Küveytdə  4 dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkənin ən  nüfuzlu ali təhsil ocağı  Küveyt Universitetidir.  Burada yüksək səviyyəli texniki kadrlar hazırlanır, həmçinin iqtisadi səmərəliliyi artırmağa xidmət edən layihələr reallaşdırılır. Küveyt Universitetində ingilis və ərəb dilində təhsil mövcuddur .

Qeyd edək ki, Küveytdə savadlılıq səviyyəsi 93% təşkil edir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları