Azedu.az

Beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub  

Peşə təhsili-faydalı məlumat və xəbərlər

14 Mart 2019, 17:10
Beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub  

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Samr Şahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AzEdu.az xəbər verir ki, görüşdə ölkədə peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib, “British Council” təşkilatı ilə birgə icra olunan “Turizm-xidmət sahəsi üzrə kadrların hazırlanması və iş yerində təcrübə proqramı” layihəsi çərçivəsində görülən işlərə  dair müzakirələr aparılıb.

Görüş zamanı ölkəmizdə fəaliyyət göstərən peşə təhsili müəssisələrinin nümayəndələrinin cari ilin 26 yanvar - 10 fevral tarixlərində Böyük Britaniyada “Bacarıqların inkişafı” mövzusunda keçirilmiş təlimdə iştirakının təmin olunması və bu istiqamətdə işlərin gələcəkdə davam etdirilməsinin peşə təhsili sahəsində mühüm önəm kəsb etdiyi vurğulanıb.

“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Samr Şah peşə təhsilinin inkişafı istiqamətində birgə layihələrin əhəmiyyətini və davamlılığının vacibliyini  vurğulayıb. Samr Şah hər iki ölkənin peşə təhsili müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin və bu istiqamətdə artıq Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Böyük Britaniyanın “Westminister Kingsway” Kolleci arasında niyyət protokolunun imzalanmasının bu sahədə atılan mühüm addımlardan biri olduğunu diqqətə çatdırıb.

Görüşdə gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, peşə təhsili ürzə pilot “Karyera Mərkəzi”nin yaradılmasına dair  ilkin razılıq əldə edilib.

Daha sonra Böyük Britaniyada “Bacarıqların inkişafı” mövzusunda təşkil olunmuş təlimdə iştirak edən nümayəndə heyəti tərəfindən peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsinə dair təqdimatlar edilib.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox