Azedu.az

Peşə təhsilinin inkişafına Avropa İttifaqının dəstəyi

Peşə təhsili-faydalı məlumat və xəbərlər

25 Fevral 2019, 21:51
Peşə təhsilinin inkişafına Avropa İttifaqının dəstəyi

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi ilə texniki yardım layihəsi həyata keçirilir. Agentlikdən AzEdu.az-a bildirilib ki, 33 ayı əhatə edən layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. 2017-ci il yanvarın 9-da start götürən layihə 2019-cu ilin oktyabrında yekunlaşacaq.

 

Layihə peşə təhsili və təlimində tənzimləyici bazanın, mərkəzi və yerli səviyyələrdə sektor üzrə əlaqələndirmənin təkmilləşdirilməsini, peşə standartları ilə bağlı 10 kurikulumun işlənib hazırlanmasını və onların prioritet sahəyə tətbiqini, islahatlar üzrə monitorinqin həyata keçirilməsində Təhsil Nazirliyinə dəstək göstərilməsini hədəf götürüb.

 

Bütün bu işlərin əsas qayəsi məzunların işlə təmin olunması imkanlarının genişləndirilməsi və peşə təhsilinə marağın artırılmasıdır.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox