Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-05 08:30:28
Valideynləri və şagirdləri narahat edən məsələyə aydınlıq gətirildi – RƏSMİ

Qəbul imtahanlarına qeydiyyat prosesi ilə bağlı bəzi valideynlər və abituriyentlər arasında çaşqınlıq yaranıb. Onlar mayda keçiriləcək ilk qəbul imtahanına qeydiyyat zamanı iyulda keçiriləcək ikinci  imtahan üçün də  elektron qeydiyyat tələb olunduğunu və buna görə xüsusi rüsum ödəməli olduqlarını iddia edirlər.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, yayılan informasiyalar tamamilə yanlışdır:

“Ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı 17 may - 14 iyun tarixlərində aparılacaq.

Yəni, sizdən may ayında keçirilən imtahana qeydiyyat zamanı ikinci imtahanda iştirak edib-edilməyəcəyiniz soruşulmur. İkinci imtahanda iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı, məhz, 17 may-14 iyun tarixlərində aparılacaq”.

Qeyd edək ki, ikinci qəbul imtahanları I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək. V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları