Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-10 09:58:00
Dövlət qulluğuna hazırlaşanların nəzərinə: Müsahibələrin keçirilmə tarixləri açıqlandı

2019-cu il 4 yanvar tarixində elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

Bu barədə DİM-dən AzEdu.az-a bildiriblər. Müsahibələrin 2019-cu il 14 - 22 fevral tarixlərində keçirilməsi planlaşdırılır.

Elan üzrə 6 dövlət orqanında mövcud olan 40 vakant vəzifə müsahibəyə çıxarılıb. Ümumilikdə isə, 89 namizəd müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib.

Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Iqtisadiyyat Nazirliyinin Daxili nəzarət şöbəsində baş məsləhətçi (1 vakant yer üzrə 15 namizəd), Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsində aparıcı məsləhətçi (1 vakant yer üzrə 12 namizəd) vəzifələri olub.

Müsahibələrin 2019-cu il 14 - 22 fevral tarixlərində keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.