Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-09 11:19:00
Yeni qalaktika kəşf olundu - Astronomiyada ilk

Alimlər Süd Yolu qalaktikasının kənarındakı parlaq ulduz topasının arxasında orta ölçülü, qədim peyk qalaktikası kəşf ediblər.

AzEdu.az ölkə.az-a istinadən bildirir ki, kəşf "Hubble" teleskopu vasitəsilə həyata keçirilib.

Süd Yolu kimi iri qalaktikalar ulduz və qazla doludur. Ulduz və qazlar topa və buludlar yaradırlar. Alimlər "Hubble" teleskopu vasitəsilə ulduz topasını müşahidə ediblər. Günəşdən 13 min, qalaktikanın mərkəzindən 17 min il işıq ili uzaqda yerləşən "NGC 6752" ulduz topasında 100 min köhnə ulduzlar. Onların yaşı 12 milyard ilə yaxındır. Bu günə qədər bu parlaq ulduz topası qonşuluqdakı kiçik bir qalatikanın mövcudluğunu bizdən gizlədib.

Sözügedən qalaktika "NGC 6752" ulduz topasından 2300 dəfə o tərəfə, 30 milyon işıq ilində yerləşir. "Monthly Notices of the Royal Astronomical Society" jurnalına Luici Bedin və Avropa və ABŞ-dan olan onlarla alimin yazdığı məqalədə yeni qalaktika barədə məlumat var. Məlum olub ki, yeni qalaktikanın ölçüsü cəmi 3 min işıq ilidir. Bu qalaktika Süd Yolundan 30 dəfə kiçikdir.
Yeni qalaktika "Bedin 1" adlandırılıb.