Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-05 13:07:00
“İmtahanlarda tələbəni sıradan çıxarmağa çox meyl edirlər” – Fazil Mustafa  

Belə düşünürəm ki universitetlərdən də çox, təhsil fəlsəfəsinin dəyişməsinə ehtiyac var. Özlərini idarə etmək üçün onlara muxtariyyət verilməlidir”.

Bunu AzEdu.az-a açıqlamasında  Millət vəkili  Fazil Mustafa deyib. O,  universitetlərdə təhsilin yüksəldilməsi üçün onlara muxtariyyət verilməsinin vacib olduğunu vurğulayır:

“Universitetdə demokratizim inkişaf etməlidir. Kiçik addımlarla imici dəyişmək mümkündür. Məsələn  rüşvət yoxdur, tələbənin daha sağlam formada yetişməsinə imkan var və s.

Bütün universitetlərdə müəyyən dəyişiklər edilməlidir. Normal bir fizik, riyaziyyatçı yetişdirilməsi, oxumaya həvəsin qaldırılması ilə bağı münbit zəmin yaradılmalıdır. Kitabxana ənənəsi formalaşmalıdır.

Bir futbol komandasında yaxşı idmançı yetişdirə bilmirsə o irəli gedə bilməz. Universitetlər də belədir. Müəllimlərin maaşı artırılmalıdır. Normal maaş verilmədikdə hansı müəllimi işə dəvət etmək olar?!

İmtahan yükünün dəyişdirilməsinə ehtiyac var. Hədəf tələbəni sıradan çıxartmaq yox, oxumağa yönləndirmək olmalıdır. Bizdə sıradan çıxartmağa daha çox meyl edilir, sanki tələbənin nə qədər çox kəsri olsa, o qədər çox gəlir gələcək.

İmtahanlara hədəf kimi yox, proses kimi baxmaq lazımdır. Tələbə imtahan prosesinə özünü təkminləşdirmə vasitəsi kimi yanaşmalıdır”.

Sadə bir test imtahanı ilə istədiyi nəticəni əldə edə bilməyən tələbə dərs dövründə yüksək nəticə göstərir amma dövlət sifarişi ilə oxuyan tələbələrdə isə bir arxayınlaşma olur ki artıq mən təqaüd alcam buna görə də ödənişli təhsil alan tələbələrə də təqaüdlərin verilməsi müsbət haldır.

Rəna Nəbi