https://www.zirve.edu.az/
03.04.2018 08:21
“Ensiklopediyanın 5 cildi plagiat ola bilməz”- AMEA-nın vitse-prezidentindən ittihama cavab

Mediada Azərbaycan Milli Ensiklopediyasının 5 cildinin plagiat olmasıyla bağlı xəbərlər yayılıb. Paylaşılan informasiyanı dəqiqləşdirmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, parlamentin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli ilə əlaqə saxladıq.

İsa Həbibbəli AzEdu.az-a açıqlamasında Azərbaycan Milli Ensklopediyasının 5 cildini oxumadığını bildirdi: “5 cildin bütünlüklə plagiat olması qeyri-mümkündür. Endiklopediyanın bəzi məqalələrində oxşarlıq, diqqətdən qaçan məqamlar ola bilər. Düşünürəm ki, bu iddia ilə çıxış edən Etibar Əliyev də bu oxşarlıqları, diqqətdən qaçan məqamları nəzərdə tutub. Bütünlükdə, bir cild kitabın belə başdan-ayağa plagiat olması fikri tamamilə yanlışdır”.

Qeyd edək ki, Etibar Əliyev mətbuata açıqlamasında bildirib ki, çapdan çıxan Milli Ensiklopediyanın 5 cildi plagiatdır: “Bu çox böyük biabırçılıqdır. Mən bu barədə Milli Ensiklopediyanın Redaksiya Heyətinin sədrinin birinci müavini akademik Ramiz Mehdiyevə məlumat vermişəm. Düşünürdüm ki, ciddi tədbirlər görüləcək. Ancaq təəssüflər olsun ki, bu böyük rüsvayçılığın qarşısının alınması istiqamətində heç bir tədbir görülmədi”.