ABŞ-də ənənəvi dördillik bakalavr təhsilinə alternativ olaraq üçillik proqramların sayı artır.
AzEdu.az xarici mediadan aldığı məlumata görə, artıq ölkənin 26 ştatında ən azı bir universitet azaldılmış kreditlə üçillik bakalavr proqramı təklif edir.
Yeni proqramlarda tələbələr ənənəvi 120 kredit əvəzinə bəzi hallarda 90 kredit toplayaraq bakalavr diplomu əldə edə bilirlər. Məqsəd tələbələrin universiteti bir il daha tez bitirməsi və təhsil xərclərinə qənaət etməsidir. May ayına olan məlumatlara görə, ABŞ-də 119 belə proqram elan edilib.
Üçillik proqramlar xüsusilə biznes, marketinq, idarəetmə, kompüter və informasiya elmləri kimi ixtisaslarda yayılır. Mühəndislik və müəllimlik kimi praktiki hazırlıq və lisenziya tələb edən sahələrdə isə bu modeli tətbiq etmək daha çətindir.
Bununla belə, yeni model birmənalı qarşılanmır. Tənqidçilər təhsilin qısaldılmasının tələbələrin əldə etdiyi biliklərin həcmini azalda, bəzi işəgötürənlərin münasibətinə və magistratura proqramlarına qəbul imkanlarına təsir göstərə biləcəyini bildirirlər.
Fidan Şahkərəmova