Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-02 12:27:30
Bu mərkəzdə autizmli uşaqlar atlarla müalicə edilir - Qafqazda ilk dəfə Azərbaycanda

2 Aprel Dünya Autizm Məlumatlandırma Günüdür.

AzEDU xəbər verir ki, autizm özünəqapanma, real həyatdan uzaqlaşma kimi təzahür edən neyro-psixiatrik pozuntudur.

Bununla bağlı hər il müəyyən tədbirlər keçirilir,burada autizm spektrlı uşaqlar iştirak edirlər. Bunlardan biri 4 ildir fəaliyyət göstərən “Golden Horse Center”də dördüncü nəsil atçısı Sərxan Tağıyev tərəfindən təşkil olunan tədbirdir.

S.Tağıyev saytımıza açıqlamasında bildirib ki, illərdir individual şəkildə xüsusi qayğıya ehtiyacı olan uşaqlara yardım edirklər:

“Burada daha çox uşağa qulluq etmək üçün tələbələrdən ibarət könüllü komanda yaratdıq. Onların köməyi ilə hər ay 80-120 arası xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyirik. Bunlara serebral iflic, autizm, diqqət pozuqluğu olanlar, Daun sindromlu uşaqlar aiddir.

Aprel ayı Beynəlxalq Autizm spektrlı uşaqların maarifləndirmə ayı olduğu üçün bu gündən biz belə uşaqları mərkəzimizə dəvət edirik. Onlara ipoterapiya kursları keçirik. İpoterapiya dünyada geniş yayılmış terapiya növü - atlarla xüsusi qayğıya olan uşaqları sağaltmaq, müalicə etməkdir. Bunun əsas üstün cəhəti odur ki, burada uşaq müalicə olunduğunu bilmir. Həkimə gedəndə uşağın reaksiyası başqa olur, burada isə atla kontakda olur. Autizmli uşaq daha çox sosiallaşır və özünəinam yaranır. Onlarda diqqət yayənması olduğu üçün ata mindikdə özünüidarəetmə instinkti yaranır. Bu da valideynlərə daha çox kömək olur.

O deyir ki, uşaqları xüsusi yollarla ata mindirirlər:

“Əsas atın belinə minənə kimidir. Sonra qorxu, stres gedir. Ölkədə bir çox Autizm mərkəzləri açılıb. Belə uşaqların sayı durmadan artır. Mən artıq həm fiziki, həm maddi cəhətdən çətinlik çəkirəm. Ayda 80-100 uşağa kömək edirəmsə, bunu 500-600 edə bilərik. Bununla bağlı bəzi yerlərə müraciət etmişəm. Bu terapiyanı həftədə 1-2 dəfə edirik, amma hər gün etmək olar. Sadəcə imkanlardan asılıdır. Dövlət dəstəyi almaq üçün geniş layihə təqdim etmək fikrimiz var. Mənim yaratdığım Zaqafqaziyada ilk mərkəzdir. Bu işlə sırf mütəxəssislər məşğul olmalıdır. Psixoloqlar, loqopedlər, könüllülər bir araya gəlib böyük mərkəz aça bilərik ki, onda dünyada bizim haqqımızda danışarlar”.

Əsmər Qabil

fdc458ed-47b5-4706-a1a8-c6e31830da62.JPG

dca92f42-d5ff-4a72-979e-8b1408d142d5.JPG

89174603-2a0c-4c2b-b78b-aee3c875c445.JPG

411a86b1-4401-4eb9-9b01-1b793414244f.JPG

4e118a8d-f730-4bc6-ac20-95a9607ef722.JPG