Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin müəllimi Dünya Veysəlova təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 57 bal toplayıb.
AzEdu.az-ın məlumatına görə, müəllim bildirib ki, imtahan prosesi şəffaf və obyektiv təşkil olunub.
Onun sözlərinə görə, imtahanda təqdim olunan sualların əksəriyyəti tanış mövzuları əhatə edib:
"57 bal toplamaq mənim üçün sevindirici nəticə oldu. Bu nəticə mənə öz üzərimdə daha çox işləmək və peşəkar inkişafımı davam etdirmək üçün əlavə motivasiya verdi. Sertifikatlaşdırma prosesi müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi baxımından faydalıdır", - deyə Dünya Veysəlova qeyd edib.
Qeyd edək ki, D.Veysəlova "İlin gənc müəllimi - 2023" müsabiqəsinin qalibləri arasındandır.