Sertifikatlaşdırmanın keçirilməsində əsas məqsəd müəllimlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməklə təhsildə keyfiyyətin yüksəldilməsi, eləcə də onların sosial rifah vəziyyətinin yaxşılaşdırılmasıdır.
AzEdu.az xəbər verir ki, bu Elm və Təhsil Nazirliyinin illik hesabatında deyilir.
Qeyd olunub ki, indiyədək keçirilmiş sertifikatlaşdırma prosesinə 84 minə yaxın təhsilverən cəlb olunub. Sertifikatlaşdırmanın nəticəsinə əsasən ümumilikdə 73 mindən çox təhsilverənin əməkhaqqına əlavələr edilib.