Dünən Tarix, Riyaziyyat, Coğrafiya və İnformatika fənləri üzrə sertifikasiya imtahanı keçirilib.
Tarix fənni üzrə sertifikasiyada yüksək nəticə göstərənlərin sayı az deyil.
Onlardan biri də Lənkəran rayonu Darquba kənd tam orta ümumtəhsil məktəbinin Tarix müəllimi Əlizadə Baqir Tərlan oğludur.
AzEdu.az Baqir müəllimlə həmsöhbət olub.
"Əmək fəaliyyətimə 2017-ci ildə Lənkəran rayonunun ən ucqar dağ kəndlərindən biri olan, rayon mərkəzindən 50 km aralıda yerləşən Tuado kəndində başlamışam və orada 5 il fəaliyyət göstərmişəm.
2022-ci ildə keçirilən MİQ imtahanında 94 bal toplayaraq Lənkəran rayonu Darquba kənd tam orta ümumtəhsil məktəbinə təyinat almışam.
24 iyun tarixində keçirilən Sertifikasiya imtahanında 57 bal toplayaraq Lənkəran rayonunda ən yüksək nəticələrdən birinə sahib olmuşam".