Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin sonuncu günü başlayır.
AzEdu.az xəbər verir ki, bu gün Fiziki tərbiyə, İngilis dili, Texnologiya, İbtidai sinif üzrə sertifikasiya keçiriləcək.
Qeyd edək ki, sertifikasiyanın birinci günündə 606 müəllim iştirak edib və 98 faiz davamiyyət qeydə alınıb. İkinci günündə 3548, üçüncü günündə 4228, dördüncü günündə 949 , beşinci günündə isə 6455 nəfər müəllim prosesdə iştirak ediblər.
Qeyd edək ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 19 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 35 imtahan mərkəzində təşkil edilir.
Xatırladaq ki, sertifikatlaşdırmadan uğurla keçən 24 minə yaxın müəllimin vəzifə maaşı 35 faiz, 49 mindən çox müəllimin maaşı isə 10 faiz artırılıb.