Təhsil Nazirliyi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin media təqdimatını davam etdirir.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Güldanə Rəhimoya həsr olunur.
Güldanə Rəhimova 2017-ci ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 60 bal toplayıb.