Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-19 18:00:00
Uşaqları dərs oxumaqdan soyudan davranışlar

Öyrənmək bacarığı hər insanda fərqlidir. Kimi daha tez öyrənir, kimi də xeyli vaxta ehtiyac duyur.

Günümüzdə bəzi ailələrin uşaqların təhsili ilə bağlı etdikləri səhvlər, uşaqların bacarıqlarını nəzərə almadan onlara yol çəkmək və uşağı bu yolda getməyə məcbur etməkdir. Amma hər kəsin maraq dairəsi və bacarıqlı olduğu sahələr var.

AzEdu.az xəbər verir ki, uşağınızın sevdiyi şeyləri görməzdən gəlib, onu alçaltmaq, onun dərslərdən uzaqlaşmasının ən əsas səbəbidir.

Fasilə etmədən dərs oxumaq...

Həyatınızın ən gözəl günlərində tək otaqda, başınızı qaldırmadan ancaq dərs oxuduğunuzu düşünün. Özünüzü pis hiss etmədinizmi? Uşaqlar da eynisini düşünəcək.

Dərslər məcburiyyətə çevrildikdə, uşağın həvəsi olsa da, dərs oxumaq istəməyəcək.

Bunun yerinə özü istəyəndə ayırdığı məhsuldar vaxt, məcburi 10 saat dərsdən daha təsirli olacaq.