Azedu.az

Qətliam törədən şagird özünü də öldürüb - atası saxlanıldı -TƏFƏRRÜAT

Şagirdlər

15 Aprel 2026, 17:32
Qətliam törədən şagird özünü də öldürüb - atası saxlanıldı -TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş bölgəsindəki bir orta məktəbdə baş verən silahlı hücum nəticəsində 4 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.

AzEdu.az “Hürriyet”ə istinadən xəbər verir ki, daxili işlər naziri Mustafa Çiftçi, milli təhsil naziri Yusuf Tekin və səhiyyə naziri Kemal Memişoğlu hadisə yerinə yola düşüblər.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb.

Son məlumata görə, hücum edən şəxsin atası Uğur Mersinli saxlanılıb.

Hadisə aprelin 14-ü günorta saatlərinda Kahramanmaraşın Onikişubat rayonunun Haydarbey məhəlləsində yerləşən Ayser Çalık Orta Məktəbində baş verib. İddiaya görə, 8-ci sinif şagirdi olan şəxs ov tüfəngi ilə məktəbə daxil olub və təsadüfi şəkildə atəş açmağa başlayıb. Xəbər verildikdən sonra hadisə yerinə çox sayda polis əməkdaşı göndərilib.

Silahlı hücum törədən şafirdin adının İsa Aras Mersinli olduğu bildirilir. O, silahı məktəbə çantasında gizlədərək gətirib.

Hadisə nəticəsində ölənlərdən 1-i müəllim, 3-ü şagirddir. Yaralanan 20 nəfərdən 4-nün vəziyyəyinin ağır olduğu deyilir.

Olayın əsl səbəbi hələ məlum deyil.

Kahramanmaraş valisi Mükerrem Ünlüer  mediaya açıqlamasında bildirib ki, hücum edən şagird də ölüb.

“Qarışıqlıq anında özünə atəş açıb. İntihar məqsədiləmi, yoxsa qarışıqlıq zamanı özünü vurdu, hələlik bilinmir. Hadisəyə səbəb olan 8-ci sinif şagirdinin atası keçmiş polis əməkdaşıdır. Onun atasının silahını evdən götürdüyünü güman edirik. 5 silah və 7 daraqla gəlib, 2 sinfə girib”.

8-ci sinif şagirdi məktəbə silahla HÜCUM ETDİ: 4 ö*lü, 20 yaralı var
Son xəbərlərDaha çox