Azedu.az

Çernobil faciəsi: 40 il sonra belə davam edən izlər...

Araşdırma

26 Aprel 2026, 09:32
Çernobil faciəsi: 40 il sonra belə davam edən izlər...

Bu gün Çernobil qəzasındən 40 il keçir. 26 aprel 1986-cı ildə Çernobil Atom Elektrik Stansiyasında baş verən partlayış nəticəsində tarixə ən böyük nüvə fəlakətlərindən biri kimi düşən bu hadisə milyonlarla insanın həyatına təsir edib. Atmosferə yayılan radioaktiv maddələr təkcə yaxın əraziləri deyil, Avropanın böyük hissəsini çirkləndirib və uzunmüddətli ekoloji problemlərə səbəb olub.

AzEdu.az Çernobil qəzasının uşaqlara və ətraf mühitə vurduğu zərərləri araşdırıb.

Hadisənin ilk saatlarında vəziyyətin miqyası düzgün başa düşülməyib və bu məlumat bir müddət gizli saxlanılıb. Dünya isə faciədən yalnız İsveçdə radiasiya səviyyəsinin artması qeydə alındıqdan sonra xəbər tutub. Bu gecikmə daha çox insanın radiasiyaya məruz qalmasına gətirib çıxarıb.

Qəzanın ən ağır tərəflərindən biri onun insan həyatına, xüsusilə də uşaqlara vurduğu zərbə olub. Uşaqlar bu faciənin ən həssas qurbanları olub. Onların orqanizmi radiasiyaya daha həssas olduğu üçün sağlamlıqlarında ciddi problemlər yaranıb. Xüsusilə Qalxanabənzər vəzi xərçəngi halları kəskin şəkildə artıb və minlərlə uşaq uzun illər bu xəstəliklə mübarizə aparıb.

Qəzadan dərhal sonra ən ciddi problemlərdən biri də radioaktiv süd məhsulları ilə bağlı olub. Bəzi bölgələrdə süd istehlakına vaxtında məhdudiyyət qoyulmayıb. Otlaqlara çökən radioaktiv yod inəklərin südünə keçib və uşaqlar bu südü içərək birbaşa daxili şüalanmaya məruz qalıblar. Bu da sonradan uşaq yaşlarında xərçəng hallarının artmasında əsas səbəblərdən biri kimi qiymətləndirilib.

Flashback: The Chernobyl nuclear disaster

Hadisədən sonra doğulan bəzi uşaqlarda genetik dəyişikliklər və anadangəlmə qüsurlar da müşahidə edilib. Ürək və inkişaf problemləri bəzi bölgələrdə daha çox qeydə alınıb.

Faciənin başqa bir ağrılı tərəfi isə insanların yaşadığı psixoloji travma olub. Pripyat kimi şəhərlər tərk edilib, minlərlə insan bir gecənin içində həyatını dəyişmək məcburiyyətində qalıb. Xüsusilə uşaqlar evlərini, xatirələrini və uşaqlıqlarını geridə qoyub. Çoxu geri dönəcəklərini düşünüb, amma bir daha qayıda bilməyib.

1,392 Chernobyl Toys Royalty-Free Images, Stock Photos & Pictures |  Shutterstock

Middle School Number 3 | The Chernobyl Gallery

Minlərlə insan ümumilikdə doğma yurdunu tərk edib və bəzi şəhərlər tamamilə boşalıb. Bu gün həmin ərazilər həyatın dayanmış kimi göründüyü məkanlara çevrilib. Tərk edilmiş binalar, məktəblər, oyuncaqlar və attraksion parkı bu faciənin səssiz şahidlərinə çevrilib.



Müddətsiz təhlükə olaraq bəzi radioaktiv maddələrin tam zərərsizləşməsi üçün on minlərlə il lazım olduğu bildirilir. Bu isə o deməkdir ki, Çernobilin təsirləri hələ çox uzun müddət torpaqda və yaddaşlarda qalacaq.

Bu hadisə ilə bağlı az bilinən, amma maraqlı faktlar da var. Partlayış zamanı reaktorun ağır qapağı güclü partlayışla havaya qalxıb və bu, hadisənin miqyasını açıq şəkildə göstərib. İlk anlarda işçilər radiasiyanın səviyyəsini ölçə bilməyib, çünki cihazlar bu qədər yüksək göstəriciləri qeydə almağa uyğun olmayıb.

Qəza baş verəndən sonra ətraf meşə sahələrində ciddi dəyişikliklər baş verib və sonradan “Qırmızı meşə”
adlanan ərazi yaranıb. Ağaclar radiasiyanın təsirindən qısa müddətdə məhv olub və rəngini dəyişib.

Maraqlıdır ki, bu gün həmin ərazi insanlar üçün təhlükəli qalsa da, bəzi vəhşi heyvan növləri oraya qayıdıb və sayları artıb. İnsan fəaliyyətinin azalması təbiətin müəyyən qədər özünü bərpa etməsinə imkan yaradıb.

Life in the Dead Zone | Q Magazine

Qəzanın nəticələrini aradan qaldırmaq üçün yüz minlərlə insan — likvidatorlar — cəlb edilib. Onlar həyatlarını riskə ataraq yanğını söndürməyə və radiasiyanın yayılmasının qarşısını almağa çalışıb. Bu insanların bir çoxu sonradan ciddi xəstəliklərlə üzləşib.

United Nations Chernobyl Disaster Remembrance Day - Statement from Adi  Roche - Chernobyl Children International



Bu gün Çernobil faciəsi yalnız keçmişin bir hadisəsi deyil. 40 il keçməsinə baxmayaraq, onun izləri hələ də qalır. Bu hadisə insanlara texnologiyanın gücünü deyil, eyni zamanda məsuliyyətin nə qədər vacib olduğunu xatırladan ən acı dərslərdən biri kimi tarixdə qalır.

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox