![](https://azedu.az/uploads/news/2019/01/azedu.az_752x395-ogretmen-maasi-uzmana-esitlendi-1517274250730_569.jpeg)
“Təhsil sistemində köklü dəyişikliklər olmalıdır. Dövlət hesabına təhsil alan tələbələrin, eləcə də universitetlərin təmərküzləşməsi prosesi həyata keçirilməlidir. “Təhsil haqqında” Qanuna dəyişikliklər edilərək, ciddi addımlar atılmalıdır”.
Bunu AzEdu.az-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə elm və təhsil sahəsindəki çatışmazlıqlar, görüləsi işlər barəsində danışarkən bildirib.
Onun sözlərinə görə, ali təhsil sistemimizdə ilk növbədə ödənişli təhsil ləğv olunmalıdır:
“İlk növbədə, dövlət təhsil müəssisələrində ödənişli təhsil ləğv olunmalıdır. Tələbə yalnız imtahanda lazımı balı toplayıb, oxuduğu kursu keçə bilmədikdə, həmin kursu yenidən oxumaq üçün universitetə pul verməlidir. Digər hallarda yarı ödənişli, yarı ödənişsiz qarışıq sistem aradan qaldırılmalıdır. Beləliklə ödənişli təhsil və savadsız kadrların diplom alma halları aradan qalxacaq”.
Sabiq deputat təhsilimizdəki problemin digər səbəbini, orta məktəbdəki müəllim kadrlarında görür və fikrini bu cür əsaslandırır:
Təəssüf ki, hazırda orta məktəbdə dərs deyən müəllimlərin 90%-i, axırıncı iş yeri kimi ora üz tutan, universitet dövründə oxuya bilməyib, aşağı qiymətlər alan şəxslərdən ibarətdir. Bu özünü müəllimlərin işə qəbul imtahanında da göstərdi. Belə düşünürəm ki, imtahan nəticələri bir faciə idi ki, həmin faciənin kökü ali məktəblərdə qoyulur. Bu səbəbdən, ali məktəblərdə belə problemlərin yaranmaması üçün tədbirlər görünməlidir”.
Rəna Nəbi
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)