Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-17 15:07:00
Bakı Dövlət Universitetində istedadlı bir oğlan var idi...      

Bizim tələbəlik illərində olduqca məşhur bir istedad vardı. Mexanika-riyaziyyat fakültəsində oxuyan Yusif Sadıqovu deyirəm.

Yusif orta məktəbi Qərbi Azərbaycanın Krasnoselski rayonunun Cil kəndində qızıl medalla bitirmişdi. Odur ki, cəmi bir imtahan verəndən sonra Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdu. 3-cü kursda oxuyanda Moskva Dövlət Universitetində keçirilən respublikalararası olimpiadada Bakı Dövlət Universitetini təmsil edib və birinci yerə layiq görülmüşdü. 

Yusif davranışı, savadı, mədəniyyəti, əxlaqı ilə heç kimə bənzəmirdi. Böyük Allah onu yaradanda ona heç bir qüsur verməmişdi. Yaşadığı illərdə isə o, özündə yalnız fövqəlinsana xas olan keyfiyyətləri qoruyub saxlamaqla məşğul oldu. 

Yaşasaydı Azərbaycanının görkəmli riyaziyyatçılarından biri idi. 

Yusifin ölümü də düşüncəyə sığmır. O, yanvarın 19-dan 20-nə keçən gecə anadan olmuşdu. Qanlı 20 yanvar hadisəsində onun bir qolu tapılıb. Mən Şəhidlər Xiyabanını hər dəfə ziyarət edəndə elə bilirəm ki, Yusif o dünyada da kimlərəsə riyaziyyat öyrədir. 

Allah Yusifi və 20 yanvar şəhidlərimizi rəhmət eləsin.

Etibar Əliyev,
təhsil eksperti