Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-15 10:19:13
Azərbaycan Universitetində yeni mərkəz açılıb - FOTO

Azərbaycan Universitetində Təlim – Tədris Mərkəzi və elektron laboratoriya fəaliyyətə başlayıb.

AzEdu.az xəbər verir ki, mərkəz “Azərbaycan universitetlərində öyrənmə və təlimin təkmilləşdirilməsi” (Promoting Excellence in Teaching and Learning in Azerbaijani Universities - PETRA) layihəsi çərçivəsində yaradılıb.

Açılış tədbirində çıxış edən rektor Səadət Əliyeva bildirib ki, mərkəz müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, onların müasir təlim metodları ilə işləmək bacarıqlarının, tədris prosesinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək.

Qeyd olunub ki, mərkəz tərəfindən müəllim və tələbə heyəti üçün zəruri təlim və seminarlar, işə yeni başlayan müəllimlərin universitet həyatına adaptasiya olması, magistrant və doktorantlar üçün uğurlu elmi tədqiqat işinin təşkili və yerinə yetirilməsinin metodlarına həsr olunan seminar və kursların təşkili təmin ediləcək. Eyni zamanda ECDL, PTE Academic kimi beynəlxalq sertifikat kurslarının və imtahanlarının keçirilməsi təmin olunacaq.

Mərkəz “ağıllı” lövhə, elektron sənəd oxuyucu, proyektor, çap qurğusu, monoblok kompüter və notbuk kimi zəngin texniki avadanlıqla təchiz olunub.