Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-30 18:01:58
“Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinə yekun vurulub

Şəmkirdə, “N” saylı hərbi hissədə “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib. 

AzEDU AZƏRTAC-a istinadən xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəxrəddin Vəliyev “Şahin” hərbi-idman oyununun gənc nəslin hərbi vətənpərvərlik, Vətənə, xalqa, dövlətə sədaqət ruhunda tərbiyəsində mühüm rolunu qeyd edib. O, bu oyunların Azərbaycan gəncləri arasında böyük marağa səbəb olduğunu vurğulayıb.

Rayon gənclər və idman idarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Şəmkir rayon gənclər birliyinin sədri Emin İsmayılov oyunların artıq 20 ildir keçirildiyini bildirib. Vurğulayıb ki, kütləvi xarakter alan bu oyunlarda gənclərin fəal iştirakı çox sevindiricidir və onları gələcək uğurlara ruhlandırır. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan gənclərinin vətənpərvərlik ruhu və əzmi sarsılmazdır.

Rayon birinciliyində 6 komanda sıra hazırlığı, fiziki hazırlıq və mülkü müdafiə mərhələlərində mübarizə aparıblar. Şəmkir şəhər M.Füzuli adına təbiət-təmayüllü liseyin, Sabirkənd və Mahmudlu kənd tam orta məktəblərin komandaları müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.
Qalib məktəblilərə mükafatlar təqdim olunub.
Yarışın qalibi Gəncə-Qazax bölgəsi üzrə zona turnirində Şəmkir rayonunu təmsil etmək hüququ qazanıb.