https://modern.az/ #
2019-01-09 11:14:00
“UNEC-100” İnkişaf Strategiyası: missiya, gələcəyə baxış, əsas dəyərlər    

Azərbaycan Dövlət iqtisad Universiteti (UNEC) strateji hədəflərinə doğru inamla irəliləyir. 

UNEC-dən AzEdu.az-a verilən məlumata görə, 2030-cu ilə qədər fəaliyyət istiqamətləri və uğur modelini özündə əks etdirən "UNEC-100" İnkişaf Strategiyasında UNEC-in missiyası, gələcəyə baxışı və dəyərləri yer alıb. 

Strategiyaya əsasən, UNEC-in missiyası ölkəsi və insanlıq naminə universal dəyərlərə əsaslanaraq, yüksək keyfiyyətli tədqiqatlar aparmaq, təhsil vermək və sosial xidmətlər göstərməkdir. 

Regionun ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsinin gələcəyə baxışı isə 100 yaşında dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilməkdir. 

UNEC akademik azadlıq, akademik etika, layiqlilik, şəffaflıq, mükəmməllik, keyfiyyətlilik, iştirakçılıq, fərqliliklərə hörmət, cəmiyyət mənafeyini düşünməyi və ekologiyaya həssaslığı əsas dəyərləri kimi müəyyən edib.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İLİN GƏNC MÜƏLLİMİ" nominasiyasında 2022-ci il üçün qalib kimi görürsünüz?
Səs ver
FACEBOOK