Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-04 11:39:00
BMU–da imtahan sessiyası başladı  

Azərbaycan Respublikasının Təhsil Naziriliyinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə uyğun olaraq Bakı Mühəndislik Universitetində (BMU) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası yanvar ayının 3-də başlayıb və fevral ayının 2-dək davam edəcək.

AzEdu.az xəbər verir ki, imtahan prosesində tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb.

Bütün imtahanların nəticələri günün sonunda BMU-nun Tələbə Məlumat Sisteminə (TMS) yerləşdirilir.

Qeyd edək ki, BMU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə Qərargah və onun nəzdində “Qaynar xətt” yaradılıb.