Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-29 14:37:00
Qəbul imtahanlarının proqramı nəşr olunub-DİM

Qəbul imtahanının I mərhələsi və tam (11 illik) orta təhsil səviyyəsi üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə  “Abituriyent” jurnalının xüsusi buraxılışında qəbul imtahanının I mərhələsi və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri, qiymətləndirmə meyarlarını və balların hesablanma qaydasını Azərbaycan və rus dilində dərc edib.

Jurnalda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yer­ləşdirilib. Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.

Qeyd edək ki, jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.