Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-28 13:57:00
ABŞ məktəblərində süni intellektə əsaslanan təhlükəsizlik sistemi tətbiq edilib.

AzEdu.az-ın məlumatına görə, AZƏRTAC hightech.fm saytına istinadla xəbər verir ki, bu sistem həm dərs, həm də fasilələr zamanı hər bir tələbənin fəaliyyətini izləmək imkanına malikdir. Müşahidə kameraları süni intellektə əsaslanan sistemlə təchiz edilib. Sistem bütün şagirdlərin və müəllimlərin hərəkətlərini izləyən, xarici əlamətlərlə fərqləndirən məlumat bazası ilə əməliyyatlar edir. Bu əlamətlərə yaş, cins, geyim və üz xüsusiyyətləri daxildir. Qeyd olunan məlumatlara əsaslanan sistem müəyyən şəxsin məktəbin hansı hissəsində olduğunu müəyyənləşdirir. Buna əsasən, məktəb rəhbərliyi şagirdlərin davranışlarını tənzimləməyi planlaşdırır. Bundan əlavə, sistem avtomatik olaraq məktəbdə olması zəruri olmayan şəxsləri aşkar edir.