Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-19 14:38:00
Sinif rəhbəri haqqında bunları bilirdinizmi? –Metodiki bilgilər

 

 -Bir müəllim neçə sinifdə sinif rəhbəri ola bilər?

 -AzEdu.az xəbər verir ki, bir müəllim yalnız bir sinifdə sinif rəhbərliyi apara bilər.

Lakin məktəbdə müəllimlərin sayı kifayət qədər olmadıqda Təhsil

Nazirliyinin icazəsi ilə iki sinifdə sinif rəhbərliyi aparıla bilər.

 -Ümumi təhsil müəssisələrində sinif rəhbərliyinə görə əlavə

haqq nə qədər ödənilir?

-Ümumtəhsil məktəblərində sinif rəhbərliyinə görə aşağıdakı

kimi əlavə haqlar ödənilir.

- І - ІV siniflərdə bir müəllim stavkasının 15 faizi həcmində;

- V - XІ (XІІ) siniflərdə bir müəllim stavkasının 20 faizi həcmində;

Sinifdə şagirdlərin sayı 10 nəfərdən az olduqda sinif rəhbərliyi üçün

müvafiq məbləğin 50 faizi ödənilir. (ardı var)

Elşən RAMİZOĞLU