Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-05 16:35:00
UNEC-də yeni departament yaradılır

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) idarəetmənin təkmilləşdirilməsi məqsədilə rektorun tabeliyində qeyri-ixtisas kafedralarından ibarət ümumi fənlərin tədrisinin təşkili departamentinin yaradılması barədə qərar qəbul edilib.

Bu barədə elmi şuranın növbəti iclasında məlumat verilib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, iclasda Müəllim Təlim Mərkəzinin yaradılması barədə təklif də şura üzvlərinin səsverməsi ilə təsdiqlənib.