XƏBƏRLƏR

11.11.2019 20:26
Elmi təcrübə məqsədilə kosmosa çaxır göndərildi

Fransa istehsalı olan 12 ədəd çaxır elmi təcrübə məqsədilə kosmosa göndərilib.

AzEdu.az  "Report"a  istinadən xəbər verir ki, bu barədə Fransanın Üzüm və Şərab Elmləri İnstitutu məlumat yayıb.

Məqsəd çaxırların kosmosa məxsus xüsusi mühitdə hansı dəyişikliyə məruz qalmasını öyrənməkdir. Çaxırlar fəza mühitində bir il saxlanıldıqdan sonra Yerdə qalan eyni növdən olan içkilərlə müqayisə olunacaq. Fəzadakı mikro-cazibə və mikro-dalğalı şüalanma nəticəsində içkilərin dadının dəyişəcəyi və daha ləzzətli olacağı güman edilir. Yerə döndükdən sonra çaxırlar varlı şəxslərə baha qiymətə satılacaq.

Belə elmi təcrübələr bir sıra yeyinti məhsulları, xüsusilə kənd təssərrüfatı məhsulları üzrərində də aparılacaq. Bir sıra fransız məhsulları fəza mühitinə və həmçinin iqlim dəyişikliyinə nə dərəcədə dözümlü olmalarını öyrənmək məqsədilə kosmosa göndəriləcək.

İlin gənc müəllimi-Müraciət formu