XƏBƏRLƏR

18.10.2019 10:45
Buraxılış imtahanlarında dinləmə mətnləri ləğv olunacaq? - RƏSMİ

Sosial şəbəkələrdə 2020-ci ildə keçiriləcək buraxılış imtahanlarında dinləmə mətnlərinin ləğv olunmasına dair məlumatlar paylaşılıb.

Məlumatlar şagirdlər arasında yayılıb və bununla bağlı Dövlət İmtahan Mərkəzinə suallar ünvanlanıb.

Mövzuyla bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, yayılan informasiyalar həqiqəti əks etdirmir.

Bu o deməkdir ki, 2020-ci ildə də təşkil olunacaq buraxılış imtahanlarında da dinləmə mətnlərindən istifadə olunacaq.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu