Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-11 12:47:14
Əkiz qardaşlar Bakı Ali Neft Məktəbini seçib  

Rəşad və Rəşid Azadlı qardaşları yüksək bal toplayaraq (Rəşad 679.3 bal, Rəşid 663 bal) Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi ixtisasını seçiblər.

BANM-dən AzEdu.az-a bildirilib ki, Rəşad və Rəşiddə neft-qaz sənayesinə maraq atalarının uzun illər SOCAR-ın Qaz İxrac İdarəsində işləməsi ilə yaranıb. Bununla belə valideynləri onların ixtisas seçimlərinə heç bir müdaxilə etməyiblər. Onlar Bakı Ali Neft Məktəbində ixtisasları üzrə peşəkar ingilisdilli mühəndis kimi yetişəcəklərinə əmindirlər.

Rəşad deyir ki, əkiz olduqları üçün maraq dairələri də eynidir. Hər ikisi tennis oynamağı çox sevir. Əkizlər BANM-də eyni ixtisasla yanaşı, həm də eyni qrupda təhsil alacaqlar.

Hər iki qardaş Bakı şəhəri 147 nömrəli Texniki Humanitar Liseyin məzunudur.

Rəşad Azadlı Prezident İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamına” əsasən, Prezident təqaüdünə layiq görülüb. O, Bakı Ali Neft Məktəbinə qəbul olunmuş Prezident təqaüdçülərindən biridir.

Qeyd edək ki, müvafiq Sərəncama əsasən, yeni tədris ilində 23 BANM tələbəsi Prezident təqaüdü alacaq.