Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-04 12:46:00
“Ukrayna universitetlərində təhsil alan azərbaycanlıların diplomu tanınmayacaq”-Ekspert

 

“Bu ildən etibarən Ukrayna universitetlərində təhsil alan azərbaycanlıların diplomu tanınmayacaq”

Bu sözləri AzEdu.az-a xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev deyib.  O, bildirib ki, Ukraynaya təhsil üçün gedənlərin sayında kəskin azalma baş verəcək:

“Ukraynanın təhsil sistemində köklü dəyişiklik olacaq. Bütün imkanları pulla həll etməyə çalışan bir çox azərbaycanlılar üçün Ukraynada təhsil almaq çətinləşəcək. Ukraynaya təhsil üçün gedən gənclərin sayında kəskin azalma baş verəcək. Ümumiyyətlə, gənclər özlərini təhsilsiz qoymaq istəmirlərsə, Ukrayna universitetlərinə pul ödəməsinlər.Gənclərə tövsiyə edirəm ki, Ukrayna universitetlərində oxumaqdansa Türkiyədə təhsil alsınlar.

Ukrayna universitetlərində təhsil alan azərbaycanlıların diplomlarının tanıdılmasında uzun illər problem var idi. Bu ildən etibarən isə Ukrayna universitetlərində təhsil alan bir çox azərbaycanlı diplomlarını belə ala bilməyəcək”.

Fuad Hacıyev Ukraynada təhsil alan tələbələrin diplomlarının tanınmamasına da aydınlıq gətirib:

 “Ukraynada təhsil alan tələbələrin diplomlarının tanınmamasında səbəblərdən biri də gediş-dönüş məsələləridir. Məsələn, Ukrayna universitetində təhsil almış tələbənin diplomunda əyani təhsil qeyd olunur. Amma tələbə əyani yox qiyabi təhsil alır. Həmçinin, universitet tələbəyə azad qrafiklə təhsil almasına dair sənəd verir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi isə azad qrafiklə olan təhsil formasını tanınmır”.

   

Günel Yaşarqızı
Müəllifin digər yazıları