XƏBƏRLƏR

04.09.2019 09:20
Əlavə yerləşdirmənin nəticələri açıqlandı

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub. 

AzEdu.az xəbər verir ki, əlavə yerləşdirmə zamanı uğur qazanmış namizədlər sentyabrın 10-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Zəruri sənədlər sırasına şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış və kadrlar uçotunun şəxsi vərəqəsi daxildir.

Qeyd edək ki, sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçirilib.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu