Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-13 15:16:00
Hərbi xidmətdə olanlar diplomlarını necə tanıda bilərlər?-Cavab

Xarici ali təhsil müəssisələrində təhsil alanlar  ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edilməlidir.

Xatırladaq ki, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən dayandırılıb və avqustun 31-dək müvəqqəti olaraq davam edəcək.

Buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.

AzEdu.az xaricdə təhsil alan gənclərin nostrifikasiya prosedurları haqqında ən çox verilən suala cavabı təqdim edir:

Hərbi xidmətdə olan şəxslər nostrifikasiya üçün necə müraciət edə bilərlər?

Nostrifikasiya prosedurlarında sənədlər yalnız elektron ərizə vasitəsilə qəbul edilir. Bu səbəbdən elektron ərizəni məsafədən doldurmaq mümkündür.

Müraciətinizlə bağlı hər hansı əməliyyat həyata keçirmək zərurəti yaranarsa, etibarnamə əsasında sizi təmsil edən səlahiyyətli nümayəndəniz bu barədə müvafiq tədbirlər həyata keçirə bilər.

Nəzərinizə çatdıraq ki, bu qayda müsahibə mərhələsinə şamil olunmur, belə ki, müsahibədə müraciətçinin şəxsən özünün iştirak etməsi zəruridir.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. İddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd nostrifikasiya müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat verə  bilərsiniz.

Günel Yaşarqızı
Müəllifin digər yazıları