XƏBƏRLƏR

18.07.2019 16:07
Dövlət sifarişi ilə təhsil alan subbakalavr pulsuz ixtisasları seçə biləcək? -RƏSMİ

Dövlət sifarişi ilə orta ixtisas təhsili alan şəxs ali təhsil müəssiələrinə dövlət sifarişi ilə qəbul oluna bilər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başa çatıb.

Subbakalavrlar müsabiqədə müvafiq ixtisas qrupları üzrə müəyyən edilən müsabiqə şərti (200 bal, bəzi ixtisaslar üzrə 250 və 150 bal) əsasında  iştirak edirlər.

İxtisasların uyğunluğu “Abituriyent” jurnalının  ixtisas uyğunluğu cədvəlində verilib.

Subbakalavr ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən subbakalavr həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir.

İxtisas kodlarını, onların sayını və ardıcıllığını subbakalavr özü müəyyənləşdirir.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu